ABŞ administrasiyası İsraildən İranın energetika sektoruna, xüsusilə də neft infrastrukturuna artıq zərbə endirməməyi xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı vəziyyətlə tanış olan üç mənbəyə istinadla məlumat yayıb.
Nəşr qeyd edib ki, bu, İslam Respublikasına qarşı hərbi əməliyyat başlayandan bəri Vaşinqtonun İsrailin hərəkətlərini məhdudlaşdırdığı ilk hadisədir.
Bundan əvvəl ABŞ Senatının Respublikaçılar partiyasından olan üzvü Lindsi Qrem İsrail Müdafiə Ordusunun (İDF) İranın neft hasilatı obyektlərinə endirdiyi zərbələrdən narazılığını bildirib.