Vaşinqton. Trend:
"EXIM Bank"ın vitse-prezidenti Benjamin Todd ABŞ-AzərbaycanTicarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş Vaşinqtondakeçirilən ABŞ-Azərbaycan Biznes və Ticarət Konfransında Amerikaşirkətlərinin Azərbaycandakı imkanlarından danışıb.
Trend-in xüsusimüxbirinin məlumatına görə, Benjamin Todd Amerika şirkətlərinindəmir yolu nəqliyyatı, hava limanı və aviaşirkət infrastrukturu,eləcə də əlaqəli logistika kimi sektorlarda güclü mövqelərə malikolduğunu və "EXIM Bank"ın bu sahələrdəki layihələrinmaliyyələşdirilməsini dəstəkləməyə hazır olduğunu vurğuladı.
“Ucuz enerji digər vacib amildir. Aşağı enerji xərcləri dahaucuz hesablama gücü deməkdir ki, bu da Amerika şirkətləri üçün süniintellekt və məlumat mərkəzlərində imkanlar yaradır. Bu məsələ dəbugünkü gündəmdə idi”, – deyə o bildirib.
Benjamin Todd həmçinin "EXIM Bank"ın mədən sektorunda, xüsusəndə kritik minerallarla bağlı yeni imkanlarını vurğulayıb. Ənənəviolaraq "EXIM Bank" maliyyələşdirilməsi ABŞ-dəki alışlarlaəlaqələndirilirdi, lakin yeni tənzimləməyə əsasən, dəstəkməhsulların ABŞ-yə təkrar ixracı ilə bağlı müqavilələrlə birbaşaəlaqələndirilə bilər. “Bu, bizə ABŞ-də kritik mineral sektorundafəaliyyət göstərən mədənləri maliyyələşdirməyə imkan verir”, – deyəo izah edib.
O, mineralların bazara çatdırılması üçün logistika dəhlizləri vəinfrastrukturun əhəmiyyətini də qeyd edib. "EXIM Bank" bulayihələrin maliyyələşdirilməsində əsas tərəfdaşdır. Amerikaşirkətləri bu sektorda olduqca rəqabətlidir və biz onlarınimkanları reallaşdırmaq üçün lazımi dəstəyi almasını təmin etməkistəyirik”, – deyə Benjamin Todd əlavə edib.