AZ

Daha bir güləşçimiz Avropa Çempionatının finalında!

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycanın sərbəst güləşçilərindən Ceyhun Allahverdiyev (61 kq) finala yüksəlib. Yarımfinalda Başir Alili (Şimali Makedoniya) ilə qarşılaşan təmsilçimiz həlledici raunda adlayıb. Onun rəqibi zədələnərək qarşılaşmanı davam etdirə bilməyib.

Qeyd edək ki, ötən gün Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər. U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Mətləb

Seçilən
14
2
sia.az

3Mənbələr