AZ

Pussycat Dolls illər sonra yenidən birləşir

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2000-ci illərin qızlardan ibarət məşhur qrupu "Pussycat Dolls" dünya turu üçün birləşir.

Axşam.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Bildirilir ki, qrup 16 illik fasilədən sonra dünya turuna çıxacaq və ABŞ-də bir neçə konsert verəcək.

Əvvəllər qrup və qurucusu Robin Antin ləğv edilmiş tur səbəbindən uzunmüddətli məhkəmə prosesində iştirak etmişdi. Həmin vaxt Nikol Şerzinger turda iştirak edəcəyini elan etsə də, gəlirin 75%-ni əldə etməyəcəyi halda səhnəyə çıxmayacağını bildirmişdi.

Qeyd edək ki, "Pussycat Dolls" qrupu 1995–2010-cu illərdə fəaliyyət göstərib və “Don't Cha”, “Stickwitu”, “I Hate This Part”, “Hush Hush” və “Buttons” kimi hitlər çıxarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
axsam.az

1Mənbələr