AZ

BMT-nin Baş katibi: “İranın özünümüdafiə hüququna heç bir şübhə yoxdur”

İranın xarici işlər naziri Abbas Əraqçi ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, söhbət zamanı münaqişənin gərginləşməsindən sonra Yaxın Şərqdə baş verən son hadisələr müzakirə olunub.

Əraqçi vurğulayıb ki, Tehran qanuni özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq hüququn qəbul olunmuş normaları əsasında hərəkət edir.

Quterreş isə öz növbəsində beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin və münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb və İslam Respublikasının özünümüdafiə hüququna heç bir şübhə olmadığını bildirib.

Bizim.Media

Seçilən
38
1
bizim.media

2Mənbələr