Bakı Dövlət Universiteti 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbirinin yüksək səviyyədə təşkili məqsədilə müvafiq mal və xidmətlərin satın alınması üçün genişmiqyaslı hazırlıqlara başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu möhtəşəm tədbirin keçirilməsi üçün ehtimal olunan ümumi büdcə 235.480,80 AZN məbləğində müəyyən edilib.
Hazırda satınalma prosesi çərçivəsində ən uyğun təkliflər dəyərləndirilir. Universitet rəhbərliyi bu investisiya ilə məzunlar üçün unudulmaz bir vida mərasimi yaratmağı və tədris ilinin yekununu təntənəli şəkildə qeyd etməyi hədəfləyir. /32gun.az/