Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə "Qalatasaray" "Liverpul"la qarşılaşıb.
Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Mario Leminanın 7-ci dəqiqədə vurduğu qolla İstanbul təmsilçisi rəqibini minimal hesabla məğlub edib - 1:0.
Cavab qarşılaşması növbəti həftə keçiriləcək.
Telegram kanalımız