AZ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Martın 11-də Culfa rayonunun bir hissəsində elektrik enerjisinin verilməsində müvəqqəti fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb.

Bildirilib ki, fasilə yeni çəkilən 110 kilovoltluq hava elektrik verilişi xətləri ilə bağlı aparılan yenidənqurma işləri ilə əlaqədardır. İşlərin icrası məqsədilə 35 kilovoltluq "Əbrəqunus" hava xətti razılaşdırılmış qrafik üzrə açılacaq.

Elektrik enerjisinin kəsilməsi saat 13:30-dan 15:00-dək aşağıdakı kəndləri əhatə edəcək:

- Xoşkeşin, Teyvaz, Milax, Ərəfsə, Saltaq, Bənəniyar, Kırna, Ləkətağ və Boyəhməd.


Telegram kanalımız
Seçilən
84
1
yenisabah.az

10Mənbələr