AZ

İran: ABŞ və İsrailin zərbələri nəticəsində 1300-dən çox mülki şəxs ölüb

BAKI, 11 mart. TELEQRAF

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində ölkədə 1,3 mindən çox mülki şəxsin öldüyünü bildirib.

Teleqraf xəbər verir ki, bu barədə iranlı diplomat jurnalistlərə açıqlamasında danışıb.

Əmir Səid İravani qeyd edib ki, ABŞ və İsrail hərbçiləri qəsdən sıx məskunlaşmış yaşayış məntəqələrinə və kritik infrastruktur obyektlərinə zərbələr endirirlər.

Diplomatın sözlərinə görə, bu hücumlar nəticəsində indiyədək 1,3 mindən çox mülki şəxs həyatını itirib. O vurğulayıb ki, bu cür hücumlar ciddi humanitar nəticələrə səbəb olur.

Seçilən
20
teleqraf.com

1Mənbələr