AZ

BMT baş katibi Quterreş İranın xarici işləri naziri ilə danışıb

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş İranın xarici işlər naziriAbbas Əraqçi ilə telefon danışığı aparıb.

Trend xəbər verirki, bu barədə BMT-nin baş katibinin ofisi məlumat yayıb.

Məlumata görə, Quterreş telefon danışığı zamanı Yaxın Şərqmünaqişəsinin yayılması və onun qlobal iqtisadiyyata təsiri iləbağlı narahatlığını bildirib.

“Tərəflər regionda mövcud hərbi eskalasiyanı müzakirə ediblər.Baş katib əvvəlki açıqlamalarında ifadə etdiyi mövqeyi təkrarlayıb.O, bütün tərəflərin beynəlxalq hüquqa və beynəlxalq humanitarhüquqa hörmət etməsinin, mülki şəxslərə və mülki infrastrukturahücum etməkdən çəkinməsinin vacibliyini vurğulayıb. Həmçinin mövcudmünaqişənin regional yayılmasından və onun qlobal iqtisadiyyatatəsirindən narahatlığını bildirib”, – deyə məlumatda qeydolunub.

Seçilən
47
az.trend.az

1Mənbələr