AZ

Qərbi Azərbaycan Xronikası: Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar toponimi haqqında söz açılır.

Bildirilir ki, ermənilər havadarlarının dəstəyi ilə Azərbaycanın tarixi coğrafi ərazilərini mənimsəməklə özlərinə monoetnik dövlət qurublar və məhz bunun sayəsində azərbaycanlıların qədimdən yaşadığı yüzlərlə yaşayış məntəqəsinin adı dəyişdirilib və ləğv edilib.

Bığlı Hüseyn Saraclı - Göyçə mahalında, Sevan rayonu ərazisində kənd olub. Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilib və vəhşicəsinə qovulublar. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönüblər. Lakin 1923-1925-ci illərdə azərbaycanlılar yenidən çıxarılıb, kənd ləğv edilib və xarabalığa çevrilib.

Boğazkəsən - Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonda kənd adıdır. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. XIX əsrin əvvəllərində kəndin sakinləri olan azərbaycanlılar qovulub, Türkiyə və İrandan köçürülən ermənilər burada yerləşdiriliblər. 1935-ci ildə adı dəyişdirilib Dzorakap qoyulub.

Boğazkəsən yolu - Loru mahalının Vorontsovka, sonralar Kalinino adlandırılan rayonun Cücəkənd kəndində mikrotoponimdir.

Boğakar - Loru mahalının Allahverdi, sonralar Tumanyan adlandırılan rayonda qışlaq adıdır. 1930-cu ilin ortalarında ləğv edilib.

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan Xronikası: Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd
Seçilən
18
far.az

1Mənbələr