AZ

Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu

Rusiyalı milyarderlər “Forbes”un qlobal reytinqində yeni tarixi rekordlara imza atıblar.

Musavat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqdə təmsil olunan rusiyalı milyarderlərin sayı ötən illə müqayisədə 9 nəfər artaraq 155-ə yüksəlib.

Məlumata görə, onların ümumi kapitalı rekord həddə – 696,5 milyard dollara çatıb.

Siyahıya əsasən, Rusiyanın ən zəngin şəxslərinin ilk üçlüyü aşağıdakı kimidir:

Aleksey Mordaşov (“Severstal”): Sərvəti 37 milyard dollara yüksələrək ölkənin ən varlı iş adamı olub;

Vladimir Potanin (“Norilsk Nikel”): 29,7 milyard dollarla ikinci yerdə qərarlaşıb;

Vahid Ələkbərov (“Lukoil”): Əslən azərbaycanlı olan milyarder 29,5 milyard dollarla ilk üçlüyü tamamlayıb.

Seçilən
78
9
musavat.com

10Mənbələr