AZ

Viktor Osimheni kompozisiyanı görüb ağladı FOTO

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində öz meydanında İngiltərənin “Liverpul” komandası ilə qarşılaşan “Qalatasaray”ın azarkeşləri nigeriyalı futbolçu Viktor Osimhen üçün xüsusi koreoqrafiya hazırlayıblar.

Sherg.az xəbər verir ki, şimal tribunasında nümayiş etdirilən koreoqrafiyada Osimhenin qızı ilə birlikdə qucağında yol ilə gedərkən təsvir olunduğu görüntü yer alıb. Kompozisiyanın sağ yuxarı hissəsində isə futbolçunun anasının fotosu yerləşdirilib.

Koreoqrafiyanın altında ingilis dilində “We are family and family is everything” (“Biz ailəyik və ailə hər şeydir”) sözləri yazılmış pankart da açılıb.

Hazırlanan koreoqrafiyanı görən Viktor Osimhen emosional anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Azarkeşlər koreoqrafiya zamanı nigeriyalı futbolçu üçün xüsusi şüarlar da səsləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
sherg.az

1Mənbələr