“Epik Qəzəb” əməliyyatının ilk on günü ərzində ABŞ əsasən İranın mərkəzi, cənub və qərb bölgələrinə zərbələr endirib.
Publika.az xəbər veirr ki, ABŞ Mühribə Nazirliyi zərbələrin xəritəsini və hadisələrin xronologiyasını özünün "X" sosial şəbəkə səhifəsində paylaşıb.
Xəritəyə əsasən, ABŞ qüvvələri İranın hava hücumundan müdafiə (HHM) sistemlərini hədəfə alıb.
Fevralın 28-i səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib. İsrail ABŞ ilə birlikdə İran ərazisinə, o cümlədən Tehran, İsfahan, Kərəc şəhərlərinə və Kirmanşah əyalətinə zərbələr endirib.