AZ

ABŞ İranın 16 mina düzən gəmisini məhv etdiyini açıqlayıb

ABŞ İranın 16 mina düzən gəmisini məhv etdiyini açıqlayıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) martın 10-da Hörmüz boğazı yaxınlığında İranın 16 mina düzən gəmisini vurduğunu bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə Komandanlığın "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib. Bildirilir ki, ABŞ hərbçiləri keçirdikləri əməliyyat nəticəsində bir neçə İran gəmisini, o cümlədən dəniz minalarının döşənməsi üçün nəzərdə tutulmuş 16 xüsusi texnikanı sıradan çıxarıblar.

Bu addım regionda gəmiçiliyin təhlükəsizliyini təmin etmək və Hörmüz boğazındakı blokadanı yarmaq məqsədilə atılan növbəti hərbi zərbə kimi qiymətləndirilir. Vaşinqton bu əməliyyatın beynəlxalq sularda neft tədarükünün davamlılığı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

İran tərəfi isə hələlik itkilərlə bağlı rəsmi şərh verməyib. Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən üçdə birinin daşındığı strateji keçid məntəqəsidir və buradakı gərginlik qlobal enerji qiymətlərinə birbaşa təsir göstərir.

Seçilən
54
afn.az

1Mənbələr