AZ

KİV: Britaniyada benzin son dörd ilin ən yüksək sürəti ilə bahalaşır

KİV: Britaniyada benzin son dörd ilin ən yüksək sürəti ilə bahalaşır

Yaxın Şərqdə hərbi münaqişənin başlamasından bəri Böyük Britaniyada benzinin qiyməti 6%-dən çox artıb.

AFN.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat verib. Bildirilir ki, bu, 2022-ci ildən bəri ölkədə yanacaq qiymətlərinin ən sürətli artım tempini göstərir.

"RAC" avtomobil şirkətinin statistikasına əsasən, yanacaqdoldurma məntəqələrində qurğuşunsuz benzinin 1 litrinin orta qiyməti 1,39 funt-sterlinqə ($1,87) yüksəlib. Dizel yanacağında isə artım daha kəskin olub — 9% artaraq 1 litr üçün 1,55 funt-sterlinq ($2,08) təşkil edib.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs martın 9-da İcmalar Palatasındakı çıxışında xəbərdarlıq edib ki, Yaxın Şərqdəki gərginlik ölkədə inflyasiya templərinin sürətlənməsinə səbəb ola bilər. Qeyd edək ki, yanvar ayında ölkədə inflyasiya səviyyəsi 3% təşkil edirdi. İqtisadçılar enerji qiymətlərindəki bu artımın yaxın aylarda istehlak səbətinə də mənfi təsir edəcəyini proqnozlaşdırırlar.

Seçilən
69
afn.az

1Mənbələr