AZ

İran savaşı Ukraynanı çətin vəziyyətə saldı

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ və İran arasındakı müharibə dünyanın "Patriot" raketləri ehtiyatlarını tükəndirdiyindən Ukrayna hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə üzləşə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq”da yayılan məlumatda deyilir.

Təhlillərə görə, İran müharibənin başlanğıcından bəri 2100-dən çox hücum dronu və ən azı 688 ballistik raket buraxıb. Nəticədə, ABŞ və müttəfiqləri 1000-dən çox PAC-3 raketi tətbiq ediblər ki, bu da qlobal təchizat çatışmazlığına və onların tez bir zamanda əvəzlənməsi ilə bağlı narahatlıqları artırır.

Eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya hərbi müdaxiləsindən keçən 4 il ərzində Kiyev cəmi 600 PAC-3 raketi alıb. Bu, son 11 gündə Fars körfəzi bölgəsində atılan raketlərin sayından azdır.

Məlumdur ki, Ukrayna "Patriot" sistemlərini əsasən Rusiyanın ballistik və kruiz raketlərini, xüsusən də "Xəncər" və "Sirkon" raketlərini vurmaq üçün saxlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
axar.az

1Mənbələr