AZ

Planet Labs peyk şəkillərini 14 günlük gecikmə ilə təqdim edəcək

ain.az, Oxu.az saytına istinadən bildirir.

Dünyanın aparıcı kommersiya peyk görüntüləri tədarükçüsü olan ABŞ-nin "Planet Labs" şirkəti regional təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Yaxın Şərqin peyk şəkillərinə girişə məhdudiyyətlər qoyub.

Bu barədə Oxu.Az "Interfax"a istinadən xəbər verir.

"Planet Labs" şirkəti görüntülərin NATO müttəfiqlərinin və tərəfdaşlarının hərbi qulluqçularını düşmən aktyorlar tərəfindən hədəfə almaq üçün taktiki məqsədlərinə görə istifadə edilməməsini təmin etmək üçün profilaktik tədbirlər görmək qərarına gəlib", - deyə açıqlamada qeyd olunub.

Yaxın Şərq bölgəsinin və orada yerləşən müttəfiq qüvvələrin yeni əməliyyat görüntüləri artıq 14 günlük gecikmə ilə təqdim ediləcək.

Şirkətin bu qərarı "Epik Qəzəb" (Epic Fury) əməliyyatının gedişatına birbaşa təsir edən strateji addım kimi qiymətləndirilir.

Qeyd edək ki, "Planet Labs" 2010-cu ildə keçmiş NASA işçiləri tərəfindən təsis edilən, Kaliforniyanın San-Fransisko şəhərində yerləşən özəl bir ABŞ şirkətidir. Kompaniya miniatür "CubeSat" peyklərini hazırlayır və istehsal edir, həmçinin müxtəlif raket buraxılışları zamanı onları orbitə faydalı yük kimi çatdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
oxu.az

1Mənbələr