AZ

Pentaqon İrana qarşı ilk 10 günlük hücumların xəritəsini dərc edib

"Epik Qəzəb" Əməliyyatının ilk on günü ərzində ABŞ əsasən İranın mərkəzi, cənub və qərb bölgələrini hədəfə aldı. ABŞ Hərbi Nazirliyi X sosial media səhifəsində zərbələrin xəritəsini və hadisələrin xronologiyasını yerləşdirdi.

QHT.az xəbər verir ki, xəritəyə görə, Amerika ordusu İranın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi obyektləri hədəfə alıb.

28 fevral səhəri ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan etdi. İsrail ABŞ ilə birlikdə Tehran, İsfahan, Kərəc və Kermanşah əyaləti də daxil olmaqla İran ərazilərinə zərbələr endirdi.

Buna cavab olaraq Tehran Bəhreyn, Küveyt, Qətər, İraq və BƏƏ-dəki Amerika hərbi bazalarına hücum etdi.

Seçilən
112
qht.az

1Mənbələr