
Bu gecə hərbi təyyarələr yenidən Tehranın qərbində yerləşən Kərəc şəhərini atəşə tutub.
AFN.az-ın xəbərinə görə, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb. Bildirilir ki, qırıcıların şəhər üzərində uçuşundan sonra ərazidə güclü partlayış səsləri eşidilib.
Məlumata görə, hücumlar Tehranın sənaye və hərbi infrastrukturu ilə tanınan Kərəc istiqamətində intensivləşib. Sakinlər arasında təşviş yaradan partlayışlar bir neçə dəqiqə ərzində ard-arda baş verib.
Hazırda dəymiş ziyan və ya tələfat barədə rəsmi məlumat verilməyib.