AZ

Şimali Koreya İranın yeni ali rəhbərinin seçilməsini dəstəklədiyini açıqladı

BAKI, 11 mart. TELEQRAF

Şimali Koreya İranın yeni ali rəhbəri seçilən Müctəba Xameneinin namizədliyini dəstəklədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyi İran xalqının yeni ali rəhbər kimi Müctəba Xameneini seçmək qərarını dəstəklədiyini bəyan edib.

Bildirilir ki, Müctəba Xamenei ABŞ və İsrailin İrana qarşı ilk zərbələri zamanı həlak olan atasının İranın ali rəhbəri Əli Xameneinin varisi kimi təyin olunub.

Şimali Koreya tərəfi həmçinin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları pisləyib.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın yaydığı məlumata görə, Pxenyan bu hücumları qanunsuz adlandırıb və onların qlobal sülhə zərbə vuraraq dünyada sabitsizliyi artırdığını bildirib.

Seçilən
31
teleqraf.com

1Mənbələr