AZ

Saqqızı gün ərzində 30 dəqiqədən çox çeynəmək ziyanlıdır -Xəbərdarlıq

Amerika Stomatoloji Assosiasiyasının həkimləri bildirirlər ki, saqqızın gündə maksimum çeynəmə müddəti 30 dəqiqə olmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə "Deia" nəşri yazıb.

Mütəxəssislərin sözlərinə görə, saqqızı gün ərzində saatlarla və ya fasiləsiz çeynəmək sağlamlığa ciddi zərər verə bilər. Həkimlər qeyd edirlər ki, bu vərdiş boyun və çənə əzələlərində gərginliyə səbəb ola bilər.

Bundan əlavə, uzun müddət saqqız çeynəmək gicgah-alt çənə oynağında ağrılar, baş ağrıları yarada və ağız açarkən çənədən “çıqqıltı” səsinin gəlməsinə səbəb ola bilər.

Həkimlər tövsiyə edirlər ki, saqqız çeynəmə müddəti gündə 30 dəqiqədən artıq olmasın ki, bu cür problemlərin yaranma riski azal­sın.

Aytəkin TOFİQQIZI

Seçilən
44
1
redaktor.az

2Mənbələr