AZ

“Dünyanın ən sionist prezidenti olduğum üçün qürur duyuram”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Dünyanın ən sionist prezidenti olduğum üçün qürur duyuram”.

“Qafqazinfo” xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley ABŞ-yə səfəri zamanı Nyu-Yorkda yəhudi universitetindəki çıxışında deyib.

O, İsrailə dəstəyini bir daha vurğulayıb və özünü “dünyanın ən sionist prezidenti” adlandırıb.

Prezident ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları tam dəstəklədiyini açıqlayıb:

“İran bizim düşmənimizdir, biz qalib gələcəyik. Dünyanın ən sionist prezidenti olduğum üçün qürur duyuram”.

O, Argentinanın beynəlxalq böhranlarda tarixin doğru tərəfində dayandığını deyib.

Argentina lideri münaqişənin yalnız enerji resursları ilə bağlı olmadığını da qeyd edib:

“Bir çox analitik bunun neft uğrunda mübarizə olduğunu düşünür, lakin bu arqument zəifdir. Əsl məsələ geosiyasətdir. Beynəlxalq terrorizm də bunun bir hissəsidir”.

Miley çıxışında Donald Trampın İrana qarşı siyasətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Trampın qərarları qlobal təhlükəsizlik baxımından mühüm rol oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
109
qafqazinfo.az

1Mənbələr