AZ

KXDR strateji qanadlı raketlərin sınaq buraxılışını həyata keçirib

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) gəminin döyüşimkanlarının qiymətləndirilməsi üzrə davam edən sınaqlarçərçivəsində “Choe Hyon” esminesinin göyərtəsindən strateji qanadlıraketlərin sınaq buraxılışını həyata keçirib.

Trend xəbər verirki, bu barədə KXDR-in mərkəzi televiziyası məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri Kim Çen İn buraxılışıvideobağlantı vasitəsilə izləyib.

Bildirilir ki, buraxılan qanadlı raketlər Koreya Qərb dənizi(Sarı dəniz) üzərində müəyyən edilmiş trayektoriya ilə 10 116–10138 saniyə ərzində uçaraq ayrı-ayrı hədəfləri vurub.

Kim Çen İn strateji silahların komandanlığının dövlətinteqrasiya sisteminin etibarlılığının və gəminin inteqrasiyaolunmuş döyüş sisteminin üstünlüyünün təsdiqlənməsindənməmnunluğunu ifadə edib. O, həmçinin praktik zərurət və ölkəninreallıqları baxımından gəmi silah sistemlərinin tərkibinə yenidənbaxılması barədə göstəriş verib.

KXDR lideri qeyd edib ki, düşmən donanmasına qarşı əməliyyatimkanlarını artırmaq üçün su tutumu 5 və 8 min ton olan döyüşgəmilərində göyərtə artilleriya qurğuları əvəzinə əlavə səsdənsürətli raketlər quraşdırmaq lazımdır.

Kim Çen İn vurğulayıb ki, dövlətin nüvə silahlı qüvvələriçoxtərəfli tətbiq mərhələsinə keçib və son vaxtlar KXDR-də stratejivə taktiki zərbə vasitələrinin hazırlanması və tətbiqi sahəsindəmühüm praktiki nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, butədbirlər ölkənin özünümüdafiə qabiliyyətinin vacib elementlərindənbiridir.

Seçilən
61
az.trend.az

1Mənbələr