Rusiyanın bir neçə regionunda COVID19 xəstəliyinə yoluxma hallarında artım qeydə alınıb.
Hazırda virusun dominant ştammı “Stratus” kimi tanınan XFG variantıdır.
Xəstəlik yüksək temperatur (təxminən 39°C), dad və qoxu hissinin itməsi, ümumi zəiflik, güclü bədən ağrıları, həmçinin burun və ya boğaz selikli qişasının spesifik şişməsi ilə müşayiət olunur.
Rusiyanın sanitar-epidemioloji rifaha nəzarət və istehlakçı hüquqlarının qorunmasına cavabdeh olan qrumu isə ölkədə vəziyyətin sabit olduğunu bildirib.
Qurumun məlumatına görə, son həftə ərzində 4,7 min COVID19-a yoluxma qeydə alınıb ki, bu da əvvəlki həftənin göstəricisi ilə eynidir.
Qeyd edək ki, fevralın sonunda Rusiyada pnevmoniya xəstəliyinə yoluxma hallarında da artım qeydə alınıb.