AZ

9800 manatlıq unsiya : Heyvan orqanizmində tapılan ən bahalı xammal

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dünyada çəkisi qızılın qiymətinə bərabər, hətta ondan daha baha olan qeyri-adi "məhsul" aşkar edilib. Söhbət inəklərin öd kisəsində əmələ gələn daşlardan gedir.

Oxu.Az "Oddity Central" portalına istinadən xəbər verir ki, hazırda bu daşlar qiymətli metaldan iki dəfə baha satılır.

Çin təbabətində əsrlər boyu bu daşlardan ürək-damar xəstəliklərinin və hipertoniyanın (yüksək qan təzyiqi) müalicəsində istifadə olunub. Hazırda bu xammala tələbat kəskin artdığından qiymətlər də fantastik həddə çatıb. Mütəxəssislərin bildirdiyinə görə, 2025-ci ildə bu daşların bir unsiyası (təxminən 28.3 qram) 5 800 dollara (təxminən 9 860 manat) başa gəlib.

"Nu Huang" adı ilə tanınan bu maddə insult və psixi pozğunluqların müalicəsində istifadə olunan dərmanların tərkibinə əlavə edilir. Lakin onları tapmaq olduqca çətindir. Çünki öd daşları əsasən yaşlı inəklərdə əmələ gəlir, kəsilən heyvanlar isə adətən gənc olur.

Xammal çatışmazlığı dünyada həqiqi "ov"un başlamasına səbəb olub. Məsələn, Braziliyanın San-Paulu ştatında silahlı dəstələr artıq fermaları qarət edərkən mal-qaranı deyil, birbaşa bu qiymətli daşları hədəf alırlar.

Yaranmış qıtlığı aradan qaldırmaq üçün çinli alimlər laboratoriya şəraitində süni daşlar yaradaraq alternativ həll yolu tapıblar. Bu süni nümunələr təbii daşların xüsusiyyətlərini qismən təkrarlayır və bazarda qiymətlərin kəskin artmasının qarşısını almağa kömək edir. Buna baxmayaraq, təbii öd daşları hələ də əczaçılıqda "qızıl standart" hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
oxu.az

1Mənbələr