AZ

Gəncədə “qara bazar”da qiyməti 1 milyon 600 min manat olan 27 kq heroin aşkarlandı

Bakı. Trend:

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatkeçirilib.

Trend xəbər verirki, tədbir zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəlibilindiyi üçün saxlanılıb.

Onun əlindəki idman çantasından yüksək təsiredici xassəyə malik27 kiloqram 475 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanışolduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsiləəldə etdiyini və şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağıplanlaşdırdığını bildirib.

Qeyd edək ki, Ə.Ədilovdan aşkar olunan heroinin “qara bazar”daqiyməti 1 milyon 600 min manat dəyərində qiymətləndirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işibaşlanılıb. Ə. Ədilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkantədbiri seçilib. Əməliyyat-istintaqa tədbirləri davametdirilir.

Seçilən
55
42
az.trend.az

10Mənbələr