AZ

Gecə İran İsraili və ABŞ hərbi obyektlərini bombalayıb

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

11 marta keçən gecə İran İsrail ərazisini və bölgədəki Amerika hərbi obyektlərini bombalayıb.

Azpost.info bildirir ki, bu barədə İran dövlət televiziyası məlumat verib.

Xəbərdə qeyd olunur ki, bu, bölgədəki münaqişənin gərginləşməsindən bəri İranın ən böyük hücumu olub.

Televiziya kanalı bildirib ki, dünən gecə həyata keçirilən “Əsl Vəd 4” Əməliyyatının sonuncu, 37-ci dalğası, İranın bölgədəki düşmən qüvvələrinə və obyektlərinə qarşı ən böyük əməliyyatı olub. Kanalın məlumatına görə, raketlər və dronlarla həyata keçirilən hücumlar ən azı üç saat davam edib.

Qeyd edilib ki, 37-ci dalğa zamanı Təl-Əviv yaxınlığındakı peyk rabitə mərkəzinə, Hayfadakı İsrail hərbi obyektlərinə və Qərbi Qüdsə hücum edən super ağır “Xorrəmşəhr” raketlərindən istifadə edilib.

Bundan əlavə, dövlət televiziyası bildirib ki, Ərbil şəhərindəki və Küveytdəki Amerika bazaları da daxil olmaqla, çoxsaylı ABŞ hədəfləri bombalanıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
azpost.info

2Mənbələr