Oxu.az saytına istinadən ain.az xəbər verir.
Almaniyanın avtomobil istehsalçısı "Volkswagen Group" 2030-cu ilə qədər Almaniyada 50 000 iş yerini ixtisar edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin illik hesabatında məlumat verilib.
Şirkətin 2025-ci maliyyə ili məlumatlarına görə, "Volkswagen" Almaniya zavodlarında işçi heyətini və istehsal gücünü məhdudlaşdırmaqla xərclərini 1 milyard avro azaltmağı bacarıb. Qeyd olunub ki, şirkət rəhbərliyi 2030-cu ilə qədər xərcləri ildə 6 milyard avro azaltmağı hədəfləyir. Xəbərə görə, 2024-cü illə müqayisədə şirkətin 2025-ci ildə mənfəəti 53.5% azalaraq 19 milyard avrodan 9 milyard avroya düşəcək, ümumi satışlar isə 0.2% azalacaq.
Hesabatda qeyd olunur ki, şirkətin 2025-ci ildə iqtisadi göstəricilərinin pisləşməsi Şimali Amerika və Çində satışların müvafiq olaraq 10% və 8% azalması, eləcə də ABŞ-də idxal tariflərinin tətbiqi və qeyri-istehsal xərclərinin artması ilə əlaqədardır. 2024-cü ilin sonunda uzun danışıqlardan sonra şirkət və həmkarlar ittifaqı 2030-cu ilə qədər Almaniyada 35 000 iş yerinin ixtisarını nəzərdə tutan yenidənqurma proqramı barədə razılığa gəlib. İndi şirkət rəhbərliyi əlavə işçi heyətini ixtisar etmək qərarına gəlib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.