AZ

Bakı metrosundakı həyəcanlı anlarla bağlı rəsmiAÇIQLAMA - YENİLƏNİB

Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sərnişinin iddiası əsassızdır:

"Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir".

***

Bakı metrosunda qatarda tüstülənmə baş verib.

Redaktor.az xəbər verir ki, sərnişinlər oxu.az-a bildiriblər ki, hadisə metronun “28 May” stansiyasında olub.

 

Seçilən
90
11
redaktor.az

10Mənbələr