AZ

Qətərin paytaxtında bir neçə partlayış baş verib

Qətərin paytaxtı Doha şəhərində bir neçə partlayış baş verib.

APA xəbər verir ki, bu barədə AFP məlumat verib.

Ölkənin Daxili İşlər Nazirliyi X platformasında paylaşım edərək bildirib ki, təhlükəsizlik təhdidi səviyyəsi yüksəkdir. Nazirlik vətəndaşları evdə qalmağa, pəncərələrdən və açıq sahələrdən uzaq durmağa çağırıb.

Qurum qeyd edib ki, bu tədbirlər ictimai təhlükəsizliyi qorumaq məqsədi daşıyır və əhali rəsmi göstərişlərə ciddi şəkildə əməl etməlidir.

Seçilən
50
5
apa.az

6Mənbələr