AZ

Bakı metrosunda HƏYƏCANLI ANLAR - SƏBƏBİ

Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.

Bu barədə Far.Az-ə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sərnişinin iddiası əsassızdır:

"Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir".

***08:08

Bakı metrosunda qatarda tüstülənmə baş verib.

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Sərnişinlər bildiriblər ki, metronun "28 may" stansiyasında qatarda tüstülənmə olub.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Seçilən
92
11
far.az

10Mənbələr