AZ

Azərbaycan və Özbəkistan arasında dövlət auditi sahəsində əməkdaşlıq müzakirə olunub



Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva ilə görüşüb.

Newscenter.az xəbər verir ki. nümayəndə heyətini salamlayan xanım spiker iki ölkə arasında mövcud dostluq münasibətlərinin və parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Spiker çıxışında müasir dövrdə yaranan aktual məsələlərə toxunaraq korrupsiya ilə mübarizənin və rəqəmsallaşmanın əhəmiyyətini qeyd edib, həmin istiqamətlərdə həm parlamentlər, həm də ali audit orqanları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Xanım Narbayeva iki ölkənin ali audit orqanları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunaraq dövlət auditi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Görüş üçün təşəkkürünü bildirən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov öz çıxışında qlobal miqyasda baş verən proseslər və mövcud çağırışlar fonunda Özbəkistanın Azərbaycan üçün qardaş ölkə və etibarlı tərəfdaş olduğunu bildirib. O, ölkələrimizin parlamentləri arasında mövcud münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, əməkdaşlıq əlaqələrinin hər iki ölkənin ali audit orqanları arasında da uğurla inkişaf etdiyini qeyd edib.

Süleyman
Seçilən
113
2
newscenter.az

3Mənbələr