Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarında nəzərdə tutulan bəzi ödənişlərin yenidən nəzərdən keçirilməsi təklif edilir.
Gununsesi.info xəbər verir ki, təklifə əsasən, qərarın 2-ci və 3-cü bəndlərində cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş 0,35 manat məbləğinə yenidən baxılması məqsədəuyğun hesab olunur.
Qeyd edilir ki, uzun illər əvvəl müəyyən edilmiş bu məbləğ hazırkı iqtisadi şərait və xidmətlərin real dəyəri ilə uyğunluq təşkil etmir.
Bu səbəbdən də müvafiq ödənişlərin artırılması və müasir reallıqlara uyğunlaşdırılması məsələsinin gündəmə gətirilməsi təklif olunur.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.
Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Orxan Saffari
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.