AZ

Ümid edirik ki, ABŞ mesajı başa düşdü: İran bu gəmini “yaraladığını” iddia edir

İran Silahlı Qüvvələri ABŞ-ın nüvə enerjisi ilə işləyən “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisinə zərər verməyə müvəffəq olub.

Publika.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali jurnalistlərə bildirib.

Diplomat vurğulayıb ki, Tehran bununla Vaşinqtona konkret bir mesaj göndərib.

“Amerika və İsrail qüvvələri artıq İranın bəzi müdafiə qabiliyyətləri ilə tanışdırlar. “USS Linkoln” gəmisinə dəyən zərər, ümid edirik ki, təcavüzkarın aldığı bir mesaj idi”, - səfir bildirib.

İran ABŞ təyyarədaşıyan gəmisini üç dəfə vurduğunu iddia edib.

Seçilən
62
publika.az

1Mənbələr