AZ

Qırğızıstanda fövqəladə hallar naziri vəzifəsinə 10 namizəddən 9-nun korrupsioner olduğu aşkarlanıb

BAKI, 11 mart. TELEQRAF

“Fövqəladə hallar naziri vəzifəsinə təklif olunan on namizəddən doqquzunun korrupsiya ilə əlaqəli olduğu üzə çıxıb”.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Joqorku Keneşin iclasında bildirib.

Dövlət başçısının sözlçərinə görə, əvvəlki nazir vəzifəsindən azad edildikdən sonra baxılmaq üçün on namizəd təklif olunub.

“Amma onlardan doqquzunun korrupsiya ilə əlaqəli olduğu üzə çıxdı. Dövlət qulluğunda normal, təmiz insan qalmayıbmı? Çətinliklə uyğun namizəd tapdıq”, - Japarov deyib.

Qeyd edək ki, bundan əvvəl Urmatbek Şamırkanov fövqəladə hallar naziri vəzifəsindən uzaqlaşdırılıb.

Seçilən
65
teleqraf.com

1Mənbələr