AZ

"Renault" yeni modelləri ilə bağlı planlarını açıqladı

Müəllif:Mehin Qasımova,Banco.az

Fransanın avtomobil istehsalçısı "Renault" onilliyin sonuna qədər bazara 36 yeni avtomobil modeli təqdim etməyi planlaşdırdığını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin planına əsasən, Avropa bazarı üçün 22 yeni model təqdim ediləcək ki, bunların da 12-si "Renault" markası altında olacaq. Bundan əlavə, beynəlxalq bazarlar üçün daha 14 model hazırlanacaq və onların hamısı "Renault" brendi ilə satışa çıxarılacaq.

Yeni Avropa modellərinin 16-sının elektrikli nəqliyyat vasitələri olacağı bildirilib. Şirkət bununla elektrikli avtomobil bazarında mövqeyini gücləndirməyi hədəfləyir.

Hesabatda qeyd olunur ki, "Renault" ABŞ, Kanada və Çin istisna olmaqla qlobal avtomobil bazarının təxminən 55%-də iştirak etməyi planlaşdırır.

Şirkət həmçinin istehsal prosesini daha səmərəli etmək üçün bir sıra dəyişikliklər nəzərdə tutur. Belə ki, avtomobillərdə istifadə olunan komponentlərin sayının orta hesabla 30% azaldılması, süni intellektin tətbiqi ilə fabriklərdə dayanma müddətinin 50%, enerji istehlakının 25% və istehsal xərclərinin 20% azaldılması planlaşdırılır.

Strategiyaya görə, "Renault" elektrikli avtomobillərin qiymətini 40% azaltmağı, C sinfi modellərin yürüş məsafəsini isə 750 kilometrə, uzun məsafəli modellərdə isə 1400 kilometrə qədər artırmağı hədəfləyir.

Bundan başqa, şirkət istehsal, təchizat zənciri, satış şəbəkəsi və müştəri səviyyəsində riskləri rəqəmsal şəkildə izləməklə logistika xərclərini 30% azaltmağı planlaşdırır.

"Renault" həmçinin hər bir yeni modelin hazırlanmasına orta hesabla iki il vaxt sərf etməyi və tərəfdaş şirkətlər – "Nissan", "Mitsubishi Motors", "Volvo Group", "Geely" və "Ford" üçün ildə 300 mindən çox avtomobil istehsal etməyi planlaşdırır.

Şirkət orta müddətli əməliyyat gəlirliliyi proqnozunu da təsdiqləyərək bu göstəricinin 5–7% aralığında olacağını bildirib. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ildə bu göstərici 6,3% səviyyəsində olub.

Açıqlamadan sonra "Renault" səhmləri çərşənbə axşamı keçirilən ticarətdə 2,7% artım göstərib.

Seçilən
32
1
banco.az

2Mənbələr