AZ

50 ildən sonra ABŞ-da yeni neft emalı zavodu açıldı

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkədə son 50 ildə ilk dəfə yeni neft emalı zavodu istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib. 

Onun sözlərinə görə, layihə America First Refining şirkəti tərəfindən həyata keçirilib.

ABŞ prezidentinin sözlərinə görə, layihənin ümumi dəyəri 300 milyard dollar təşkil edir. Tramp bunu ABŞ tarixində ən böyük investisiya layihələrindən biri adlandırıb və Hindistandan olan tərəfdaşlara, xüsusilə də enerji şirkəti Reliance Industries-ə təşəkkür edib.

“Amerika yenidən real enerji dominantlığına qayıdır”, — deyə Tramp qeyd edib.

Yeni neft emalı zavodu ABŞ-ın Texas ştatının Brownsville şəhərində yerləşir. Müəssisənin əsas məqsədi ABŞ-ın daxili enerji bazarını təmin etməkdir.
 

Trampın sözlərinə görə, zavod ölkənin enerji təhlükəsizliyini gücləndirəcək, ABŞ-da enerji istehsalını artıracaq, iqtisadiyyata milyardlarla dollar təsir göstərəcək.


ABŞ prezidenti həmçinin bildirib ki, yeni müəssisə dünyanın ən ekoloji təmiz neft emalı zavodlarından biri olacaq.

Bizim.Media

Seçilən
28
2
bizim.media

3Mənbələr