AZ

İran millisinin ABŞ-də keçiriləcək Dünya Çempionatında iştirakı gözlənilir – FİFA rəhbəri

Bakı. Trend:

Yaxın Şərqdə ABŞ, İsrail, İran arasında münaqişənin davametməsinə baxmayaraq, FİFA İran milli komandasının təxminən üç aydansonra Amerikada keçiriləcək Dünya Çempionatında iştirak etməsinəicazə veriləcəyini gözləyir.

Trend xəbər verirki, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantinodanışıb.

FIFA prezidenti bildirib ki, o, ötən gecə ABŞ prezidenti DonaldTrampla görüşərək turnirə hazırlıq prosesinin vəziyyətini müzakirəedib və İran komandasının ABŞ-a gəlməsinə icazə veriləcəyinə dairtəminat alıb.

“Biz həmçinin İrandakı mövcud vəziyyət və İran millisinin2026-cı il FIFA Dünya Çempionatında iştirak hüququ qazanması barədədə danışdıq. Müzakirələr zamanı prezident Tramp bir daha vurğuladıki, İran komandası, əlbəttə, ABŞ-da keçiriləcək turnirdə iştirakedə bilər”, - deyə İnfantino bildirib.

Qeyd edək ki, İran iyunun 15-də Kaliforniya ştatının İnqlvudşəhərində Yeni Zelandiya ilə, iyunun 21-də Belçika ilə oynayacaq.Komanda qrup mərhələsində son oyununu isə iyunun 26-da SietldəMisirə qarşı keçirəcək. ABŞ turnirə Kanada və Meksika ilə birlikdəiyunun 11-dən iyulun 19-dək ev sahibliyi edəcək.

İran rəsmiləri son vaxtlar bildiriblər ki, müharibə səbəbindənölkənin turnirdə iştirakı müəyyən şübhə altına düşə bilər.

Məqalədə:
Seçilən
55
az.trend.az

1Mənbələr