UEFA Çempionlar Liqasında 1/8 finalı mərhələsi davam edir.
Publika.az xəbər verir ki, bu gün ilkin oyunlara yekun vurulacaq. 4 qarşılaşma baş tutacaq.
Öncə meydana "Bayer Leverkuzen" və "Arsenal" komandaları çıxacaq. Bu duel Almaniyada reallaşacaq və saat 21:45-də başlayacaq,
Gecəyarı isə azarkeşləri iki maraqlı matç gözləyir. Ən maraqlı qarşılaşma "Real" və "Mançester Siti" arasında baş tutacaq. Son illər bu mərhələdə tez-tez üz-üzə gələn Avropa nəhəngləri ilk olaraq Madriddə münasibətlərinə aydınlıq gətirəcəklər.
Çempionlar Liqasının qalibi PSJ isə klublararası dünya çempionatının finalında məğlub olduğu "Çelsi"ni qəbul edəcək.