ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda moto kuryerin qayda pozuntusu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 21-də, paytaxtın Moskva prospektində (20 Yanvar dairəsində) qeydə alınıb. Belə ki, 01-B-460 qeydiyyat nişanlı motosikletin sürücüsü qırmızı işığın yanmasına əhəmiyyət verməyərək hərəkətinə davam edib. Bir neçə saniyə tez çatmaq və sifarişi daha tez təhvil vermək istəyən sürücü təhlükəli addım atıb.
Halbuki moto kuryerlər bir sifarişdən adətən 2–3 manat qazanc əldə edirlər. Qırmızı işıqda keçərək qazanmaq istədiyi bir neçə manat sürücüyə daha baha başa gələ bilər. Çünki bu qayda pozuntusuna görə tətbiq edilən cərimə onun bir neçə sifarişinin deyil, təxminən bir həftəlik qazancının cəriməyə getməsi deməkdir.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.