AZ

Xızıda naməlum piyadanın ölümü ilə nəticələnən qəza – Polis vətəndaşlara müraciət edir (VİDEO)

Bakı. Trend:

Fevral ayının 11-də saat 22:30 radələrində Bakı–Qubaistiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cıkilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisindən keçənhissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müeraciətindədeyilir.

Bildirilir ki, naməlum sürücü idarə etdiyi naməlum markalıavtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçəntəqribən 60–65 yaşlarında naməlum kişi cinsli piyadanı vurub.Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

"Aparılan araşdırmalar zamanı mərhumun üzərində şəxsiyyətinitəsdiq edən hər hansı sənəd aşkar edilməyib. Onun sol əlininüzərində kiril əlifbası ilə “Süleyman” sözü yazılmış döymə olduğumüəyyən edilib. Həmin şəxsin əraziyə düşmüş kamera görüntüləri dəmövcuddur.

Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətindətədbirlər davam etdirilir.

Hadisə ilə bağlı məlumatı olan, yaxud mərhumun şəxsiyyətinitanıyan şəxslərdən xahiş olunur ki, 023-31-50-131, +994 55 210 7373 şəhər və mobil nömrələrinə, həmçinin 102 xidmətinə məlumatversinlər", - qurumdan əlavə olunub.

Seçilən
36
3
az.trend.az

10Mənbələr