AZ

Dünyanın ən uzun eskalator kompleksi istifadəyə verilib

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çinin Çunçin şəhərindəki Uşan rayonunda uzunluğu 905, hündürlüyü 242 metrə çatan "Wushan Goddess Escalator" adlı ilk böyük eskalator istifadəyə verilib.

Reyting.az Çin mediasına istinadla bildirir ki, bu yeni sistemin sayəsində əvvəllər təxminən 1 saat çəkən dağa qalxma yolu hazırda 20 dəqiqəyə başa gəlir. Kompleksdə liftlər və piyada yolları da var.

Bu sistem şəffaf şüşə konstruksiyalardan ibarətdir. Eskalator nəticəsində Uşya dərəsinə açılan gözəl panoramın sayəsində turistlər üçün yeni cazibə nöqtəsi yaranıb.

Çində istehsal edilən bu böyük eskalator kompleksi uzunluğuna görə, dünyaca məşhur "Crown Escalator" sistemini də geridə qoymaqla, dünya üzrə yeni rekord müəyyənləşdirib.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
reyting.az

1Mənbələr