AZ

Bank of Baku səhmdarlarına dividend ödəyəcək

ain.az bildirir, Apa.az portalına istinadən.

“Bank of Baku” ASC səhmdarlarına dividend ödənilməsi məsələsini müzakirəyə çıxaracaq.

"APA-Economics" xəbər verir ki, aprelin 22-də bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə bankın 2025-ci il üzrə maliyyə hesabatlarının və Audit Komitəsinin hesabatının təsdiqi, eləcə də ötən illərin mənfəəti hesabına səhmdarlara dividendlərin ödənilməsi məsələsi daxil edilib. Bundan əlavə, iclasda bankın xalis mənfəəti hesabına ehtiyatların yaradılması və digər məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, yığıncaq bankın baş ofisində baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
2
apa.az

3Mənbələr