22 aprel 2026-cı il tarixində “Bank of Baku” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.
Marja xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Bankın 2025-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsinə dair məsələ.
2. Bankın Audit Komitəsinin 2025-ci il üzrə hesabatının təsdiq edilməsinə dair məsələ.
3. Bankın səhmdarlarına ötən illərin mənfəətindən dividendlərin ödənilməsinə dair məsələ.
4. Bankın xalis mənfəəti hesabına ehtiyatın yaradılmasına dair məsələ.
5. Digər məsələlər.
Xatırladaq ki, 2025-ci ildə Bank of Baku-nun xalis mənfəəti 30 milyon 595 min manat təşkil edib. Bu, 2024-cü ildə qeydə alınmış 25 milyon 459 min manat mənfəətlə müqayisədə 5 milyon 136 min manat və ya 20,2% artım deməkdir.

