
“Barselona” klubunun yarımmüdafiəçisi Lamin Yamal Avropa yarışlarında 90-cı dəqiqədən sonra penaltidən qol vuraraq, klub tarixinə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Opta” analitik portalı məlumat yayıb.
Məlumata görə, 2025/2026 mövsümünün Çempionlar Liqasının 1/8 final mərhələsinin “Nyukasl”a qarşı (1:1) ilk oyununda 18 yaşlı ispaniyalı rəqib qapıya təyin olunmuş penaltini dəqiq yerinə yetirib.
Lamin Yamalın qol vurduğu anda tabloda vaxt 95:50-ni göstərib. Bu isə “Barselona”nın Çempionlar Liqasındakı iştirak tarixində vurduğu ən “gec” penalti qolu olub.