ABŞ Prezidenti Donald Tramp ölkədə 50 ildən sonra ilk yeni neft emalı zavodu olan America First Refining-in açılışını elan etdi. Vətəninfo.az xəbər verir ki, Ağ Evin aparat rəhbəri bu barədə Truth Social sosial media platformasında yazıb.
Tramp layihənin 300 milyard dollar dəyərində olduğunu bildirib. O, bunu ABŞ tarixindəki ən böyük müqavilə və hazırkı administrasiya üçün “böyük qələbə” adlandırıb. O, həmçinin Hindistan tərəfdaşlarına və ən böyük özəl enerji şirkəti olan Reliance-a investisiyalarına görə təşəkkür edib.
Tramp bildirib ki, “Amerika əsl enerji dominantlığına qayıdır”.
Yeni neft emalı zavodu Texas ştatının Braunsvill şəhərində yerləşir. Neft emalı zavodu ABŞ-ın daxili bazarının təminatına yönələcək. Tramp bildirib ki, zavod milli təhlükəsizliyi gücləndirəcək, “Amerika enerjisi” istehsalını artıracaq, “milyardlarla dollar iqtisadi fayda” yaradacaq və dünyanın ən təmiz neft emalı zavoduna çevriləcək.