Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücünün vəziyyəti açıqlanıb.
Redaktor.az Salyan Rayon Mərkəzi Xəstəxanasından oxu.az-a verilən məlumatda bildirilir ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2007-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə 11.03.2026-cı il tarixində saat 00:30-da hospitalizasiya olunub.
Ona başın təpə nahiyəsinin, sağ qulağın açıq yarası, döş qəfəsinin səthi travması, sağ diz qapağının çıxığı və üzün əzilməsi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Ailə üzvləri tərəfindən pasiyentin digər tibb müəssisəsinə aparılacağı bildirildiyindən, o, öz istəyi əsasında tibb müəssisəsindən buraxılıb.
***
Salyanda baş verən qəza bir nəfərin ölümünə səbəb olub.
Redaktor.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobil idarəetmənin itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində ölüb.
2007-ci il təvəllüdlü Orucsoy Nahid Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirlib.
O, daha sonra paytaxt xəstəxanalarından birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır (APA).