Bakı. Trend:
ABŞ hökuməti Rumıniyanın şərqində yerləşən Mixail Koqelniçanuaviabazasına əlavə silahlı qüvvələr yerləşdirməyə hazırlaşır.
Trend bu barədəRumıniya KİV-ə istinadən xəbər verir.
Yerli KİV yazır ki, hərbi kontingentin gücləndirilməsi YaxınŞərq münaqişəsi ilə bağlıdırı və əlavə qüvvələrin yerləşdirilməsiRumıniyanı müttəfiq ölkəyə çevirmiş olacaq.
Jurnalistlərin dəqiqləşdirdiyinə görə, söhbət əlavə qırıcıtəyyarələrin və hərbi qulluqçuların yerləşdirilməsindən gedir,lakin onların dəqiq sayı açıqlanmır.
Rumıniya Prezidenti Nikuşor Dan isə öz növbəsində martın 11-isəhər ölkənin Ali Müdafiə Şurasının iclasını çağıracaq. İclasda ABŞhərbi kontingentinin ölkədə müvəqqəti yerləşdirilməsinin təhliledilməsi planlaşdırılır.
Fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbiəməliyyata başlayıb. İslam Respublikasında bir çox şəhərlər, ocümlədən paytaxt da hücuma məruz qalıb. Buna cavab olaraq İranİsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raketlər vəpilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.