AZ

Aleksandr Qross “Bayer Leverkusen” akademiyasında təcrübə keçib

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Ordu” Futbol Klubunun məşqçisi Aleksandr Qross UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Almaniyanın aparıcı klublarından biri olan “Bayer Leverkusen” akademiyasında dörd günlük təcrübə proqramında iştirak edib.

İdman.Biz xəbər verir ki, proqramın məqsədi Avropanın müasir futbol metodologiyası, akademiya idarəetmə sistemi və gənc futbolçuların fərdi inkişaf mexanizmlərini öyrənmək olub.

Təcrübə müddətində klubun mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb, müxtəlif yaş qruplarının məşq prosesləri izlənilib və akademiyanın iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.

Bu cür beynəlxalq təcrübə proqramları məşqçilərin peşəkar inkişafına və müasir futbol biliklərinin tətbiqinə mühüm töhfə verir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
2
icma.az

3Mənbələr